DERSO.AZ — İSTİFADƏ ŞƏRTLƏRİ

Son yenilənmə tarixi: 6 noyabr 2026

1. ÜMUMİ MÜDDƏALAR

Derso.az 9–11-ci sinif şagirdləri, müəllimlər və digər istifadəçilər üçün testlər, nəticələrin təqdim edilməsi, özünüqiymətləndirmə və rəqəmsal təhsil funksiyaları təqdim edən onlayn platformadır.

Platformanın sahibi və operatoru:

Kamran Kazımov Altay oğlu
Fərdi sahibkar
VÖEN: 0201139532
E-poçt: info@derso.az

Platformadan istifadə edən və ya qeydiyyatdan keçən şəxs bu İstifadə Şərtləri ilə tanış olduğunu və onların tətbiq olunduğunu qəbul edir.

Yetkinlik yaşına çatmayan şəxslərin platformadan valideyninin və ya qanuni nümayəndəsinin məlumatı və nəzarəti ilə istifadə etməsi tövsiyə olunur. Qanunvericiliklə razılıq tələb olunan hallarda həmin razılıq qanunun tələblərinə uyğun alınmalıdır.

2. PLATFORMANIN XİDMƏTLƏRİ

Derso.az innovativ və rəqəmsal təhsil yanaşmalarından istifadə etməklə testlər, nəticələr, XP sistemi, reytinq cədvəli, müəllim paneli və süni intellekt əsaslı izah funksiyası kimi imkanlar təqdim edə bilər.

Testlərdə suallar müəyyən sinif və fənn üzrə sistem tərəfindən təsadüfi seçilə bilər.

Platformadakı materiallar təhsil və özünüqiymətləndirmə məqsədi daşıyır və məktəb, müəllim, rəsmi imtahan və ya dövlət təhsil xidmətlərini əvəz etmir.

Derso.az Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və ya Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi platforması deyil.

Operator platformanın funksiyalarını, dizaynını, testlərini, XP qaydalarını və digər imkanlarını dəyişə, məhdudlaşdıra və ya dayandıra bilər.

3. QEYDİYYAT VƏ HESAB

Qeydiyyat zamanı istifadəçidən ləqəb, e-poçt ünvanı və şifrə tələb oluna bilər. Ad, soyad, telefon nömrəsi və yaşayış ünvanı adi qeydiyyat üçün tələb olunmur.

E-poçt hesabın bərpası, şifrənin yenilənməsi, təhlükəsizlik bildirişləri və platformanın fəaliyyəti ilə bağlı zəruri məlumatlar üçün istifadə oluna bilər.

İstifadəçi hesabının və şifrəsinin məxfiliyini qorumağa cavabdehdir. İcazəsiz giriş və ya şifrənin təhlükəsizliyinin pozulduğu düşünülürsə, operatora məlumat verilməlidir.

İstifadəçi ləqəbində özünün və ya başqa şəxsin şəxsi məlumatlarını yerləşdirməməlidir.

Müəllim hesabı. Müəllim kimi qeydiyyatdan keçən istifadəçi də ləqəb, e-poçt ünvanı və şifrə ilə hesab yaradır. Derso.az müəllim hesabının sahibinin həqiqətən müəllim olduğunu yoxlamır və təsdiq etmir.

Müəllim qruplar və testlər yarada, qrupa qoşulmuş şagirdlərin ləqəbini və öz testlərinin nəticələrini görə bilər. Qrupun adı və müəllimin ləqəbi həmin qrupa qoşulmuş şagirdlərə görünür. Müəllim qrup adında real ad-soyad və ya digər şəxsi məlumat yazmamalıdır.

Müəllim şagirdlərə aid məlumatları və nəticələri yalnız təhsil məqsədi ilə istifadə etməli və üçüncü şəxslərə yaymamalıdır.

4. İSTİFADƏ QAYDALARI

Platformada təhqiramiz, ayrı-seçkilik yaradan və ya qanunazidd məzmun yaratmaq, başqa şəxsi və ya qurumu təqlid etmək, icazəsiz giriş əldə etməyə cəhd göstərmək, platformanın fəaliyyətinə texniki müdaxilə etmək, spam və zərərli məzmun yaymaq, testləri icazəsiz şəkildə kütləvi köçürmək və yaymaq qadağandır.

Qaydaların pozulması halında operator hesabı məhdudlaşdıra, dayandıra, ləqəbi dəyişdirə və ya hesabı silə bilər.

5. XP VƏ REYTİNQ

XP Derso.az daxilində istifadəçinin fəaliyyətini göstərən daxili oyunlaşdırma göstəricisidir.

XP pul, elektron pul və ya ödəniş vasitəsi deyil və pul ekvivalentinə malik deyil.

Müəllimin yaratdığı testlərdə XP verilmir.

Texniki nasazlıq, səhv hesablanma, məlumatların bərpası, qayda pozuntusu və ya digər əsaslı səbəblər nəticəsində XP düzəldilə, yenidən hesablana və ya sıfırlana bilər.

Reytinq cədvəlində istifadəçinin seçdiyi ləqəb digər istifadəçilərə görünə bilər.

Derso.az XP səviyyələrinə görə rəqəmsal “Derso.az Fəxri Fərmanı” təqdim edə bilər. Bu, Derso.az platformasının mükafatıdır, dövlət təhsil sənədi deyil.

6. SÜNİ İNTELLEKT FUNKSİYASI

“AI-dən izah al” funksiyası səhv cavablandırılmış sualların izahını hazırlamaq üçün üçüncü tərəfin süni intellekt xidmətindən istifadə edə bilər.

İzahın hazırlanması üçün yalnız sualın mətni və düzgün cavab üçüncü tərəfin süni intellekt xidmətinə ötürülür. İstifadəçinin ləqəbi, e-poçt ünvanı, hesab identifikatoru, IP ünvanı və seçdiyi cavab bu xidmətə göndərilmir.

Süni intellekt tərəfindən yaradılan izah səhv və ya natamam ola bilər və rəsmi müəllim izahı və ya ekspert rəyi hesab edilmir.

Bu funksiya istifadəçidən mətn daxil etməyi tələb etmir. İstifadəçilər test suallarına və ya platformanın digər sahələrinə şəxsi və məxfi məlumatları daxil etməməlidirlər.

Şəxsi məlumatların emalı və üçüncü tərəf xidmətlərinə ötürülməsi Məxfilik Siyasəti ilə tənzimlənir.

7. TESTLƏR VƏ MƏZMUN

Testlər və suallar təhsil və özünüqiymətləndirmə məqsədi daşıyır. Məzmun və ya texniki səhvlər ola bilər.

Test nəticələri rəsmi məktəb qiyməti, attestasiya və ya dövlət imtahanı nəticəsi hesab edilmir.

Platforma test nəticələrinin məktəb, qəbul və ya digər imtahanda konkret nəticə əldə olunacağına zəmanət vermir.

Müəllimin yaratdığı testlərdə şagirdin test başlayandan nəticə göstərilənə qədər başqa pəncərəyə və ya tabə keçməsinin sayı qeyd edilir və yalnız həmin müəllimə göstərilir. Bu say yalnız siqnaldır və kopya etmənin sübutu deyil, texniki və ya digər səbəblərdən də artıra bilər. Platforma bu say əsasında şagirdə avtomatik cəza tətbiq etmir. Adi testlərdə belə say aparılmır.

8. TEXNİKİ MƏSƏLƏLƏR VƏ MƏSULİYYƏT

Operator platformanın təhlükəsiz və stabil fəaliyyəti üçün texniki və təşkilati tədbirlər görür. Bununla belə, platformanın fasiləsiz və tamamilə səhvsiz işləyəcəyinə zəmanət verilmir.

Server, hosting, internet, proqram təminatı, üçüncü tərəf xidmətləri, texniki xidmət, kiberhücum və operatorun ağlabatan nəzarətindən kənarda olan digər hallar platformanın fəaliyyətinə təsir göstərə bilər.

Bu Şərtlər qanunvericiliklə məcburi olan məsuliyyəti və istifadəçinin qanuni hüquqlarını məhdudlaşdırmır.

9. HESABIN SİLİNMƏSİ

İstifadəçi hesabının silinməsini info@derso.az ünvanına hesabla əlaqəli e-poçtdan müraciət etməklə tələb edə bilər.

Qanunvericiliklə və ya digər hüquqi əsaslarla saxlanılması zəruri olan məlumatlar istisna olmaqla, müraciət əsasında hesab, test nəticələri, XP məlumatları və qrup üzvlüyü məlumatları platformadan silinir.

Texniki ehtiyat nüsxələrdə (backup) bəzi məlumatlar ehtiyat nüsxənin yenilənməsi və ya silinməsi dövrünədək müvəqqəti qala bilər.

10. ŞƏXSİ MƏLUMATLAR

Derso.az xidmətlərin göstərilməsi üçün zəruri olan məlumatları emal edir.

Şəxsi məlumatların toplanması, istifadəsi, saxlanılması, üçüncü tərəflərə ötürülməsi və silinməsi ayrıca Məxfilik Siyasəti ilə tənzimlənir.

İstifadəçinin qanunvericiliklə nəzərdə tutulmuş şəxsi məlumat hüquqları qorunur.

11. ƏQLİ MÜLKİYYƏT

Derso.az-ın proqram təminatı, dizaynı, loqosu, adı, test bazası və digər müvafiq materialları müəlliflik və digər əqli mülkiyyət hüquqları ilə qoruna bilər.

Platforma məzmununun icazəsiz şəkildə kütləvi köçürülməsi, yayılması və kommersiya məqsədilə istifadəsi yolverilməzdir.

12. ÖDƏNİŞLİ XİDMƏTLƏR

Bu Şərtlərin qüvvədə olduğu tarixdə Derso.az-ın əsas funksiyaları ödənişsiz təqdim edilir.

Gələcəkdə ödənişli xidmətlər təqdim edilərsə, onların qiyməti, ödəniş, ləğv və geri qaytarma şərtləri istifadəçiyə əvvəlcədən təqdim ediləcək.

13. ŞƏRTLƏRƏ DƏYİŞİKLİKLƏR

Operator bu İstifadə Şərtlərini platformanın inkişafı, yeni funksiyalar, qanunvericilik dəyişiklikləri və digər əsaslı səbəblərlə yeniləyə bilər.

Yeni redaksiya platformada dərc edildiyi tarixdən və ya göstərilən tarixdən qüvvəyə minir.

Əhəmiyyətli dəyişikliklər olduqda, texniki imkanlar daxilində istifadəçilər məlumatlandırıla bilər.